Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

MDB-də ara qarışdı: Lukaşenko Putinə qarşı “bunt” qaldırır

TURAN
09/12/2014 13:47
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

glnews.ru_putin-posetit-minsk-i-provedet-peregovory-s-lukashenko_1

Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini Rusiya prezidenti Vladimir Putinə qarşı səfərbər etməyə başlayıb.

Virtualaz.org saytı ABC.az-a istinadən xəbər verir ki, Lukaşenko Rusiyaya qarşı ilk döyüşə dekabrın 12-də MDB İqtisadi Şurasının iclasında girəcək. Məlumatı agentliyə Azərbaycan mənbələri veriblər.

“Belarus hökuməti İqtisadi Şuranın iclasında iki əlavə məsələni müzakirəyə çıxarmağa hazırlaşır. Bunlardan birincisi MDB çərçivəsində Rusiya Federasiyası ərazisinə daşınması qadağan olunmuş malların bu ölkə üzərindən tranziti və çatdırılması məsələləri üzrə komissiyanın yaradılmasıdır.

İkinci məsələ Rusiya ilə Avropa İttifaqı və ABŞ arasında qarşılıqlı sanksiyalarla bağlı, habelə Ukrayna və onun ətrafındakı situasiya ilə bağlı meydana çıxan bütün məsələlərin nizamlanmasına dair komissiyanın yaradılmasını nəzərdə tutur” – deyə mənbə bildirib.

Məlumata görə, bu təşəbbüslər artıq nəzərdən keçirilmək üçün bütün MDB ölkələrinə,o cümlədən Azərbaycana göndərilib.

“Lakin Azərbaycan bu diskussiyalarda iştirak etmək istəmir. Çünki bunun üçün hüquqi əsası yoxdur. Ölkə nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına daxil deyil, həmçinin MDB-də azad ticarət zonasına dair yeni razılaşmada iştirak etmir” – deyə mənbə əlavə edib.

Qeyd edək ki, son vaxtlar Belarusla Rusiya arasında münasibətlər yenidən gərginləşib. Buna səbəb Rusiyanın Avropa İttifaqı (Aİ) ölkələrindən kənd təsərrüfatı və ərzaq mallarının idxalına qadağa qoymasından sonra Avropa istehsalçılarının Belarusa ərzaq məhsulları istehsalı üçün xammal satmasıdır. Belarus isə bu xammaldan istehsal edilən məhsulları Rusiyaya satmağa cəhd edib.

Həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko Putinin tələbinə baxmayaraq Aİ ölkələrindən idxala qadağa qoymayıb. Üstəlik Aİ-dən Belarusa idxal edilən ərzaq məhsullarının Rusiyaya təkrar ixracına cəhd edilib.

Rusiya isə Belarusun Aİ ölkələrindən idxala qadağa qoymasını tələb edərək bu ölkədən idxal edilən mallara məhdudiyyət qoymağa başlayıb. Məsələn, Rusiya Belarusdan ət idxalına qadağa qoyub

Belarusun 18 müəssisəsindən Rusiyaya idxal edilən təxminən 400 ton ət məhsullarına qoyulan qadağa noyabrın sonlarında qüvvəyə minib. Rusiyanın nəzarət orqanı olan “Rosselxoznadzor” qərarını idxalı yasaqlanan ərzaq məhsulunun Belarus ərazisindən təkrar keçirmək cəhdləri ilə əsaslandırır.

Prezident Aleksandr Lukaşenko Rusiya hakimiyyətinin addımından məyus olduğunu bildirib: “Bizə təzyiq etmək lazım deyil. Biz sizə sadiq dost olmuşuq və dost da qalacağıq. Lakin bizi sıxışdırmağa başlasanız, bilin ki, mən buna dözməyəcəm”.

Lukaşenko Rusiya haqda sərt ifadələr işlədərək Belarusun Moskvanın əlində heç vaxt “sadiq köpək” olmayacağını bildirib. O deyib ki, Rusiya Belarusdan göndərilən və Monqolustan üçün nəzərdə tutulan Avropa məhsullarını ölkənin o başından – Monqolustanla sərhəddən geri qaytarıb. Bu isə təzyiq və dostluğa zidd addımdır.

“Vedomosti” həftəliyi isə bu gün – dekabrın 9-da xəbər verib ki, Rusiya ilə Belarus sərhədində yenidən gömrük nəzarəti bərpa edilib. Rusiya Federal Gömrük Xidməti Belarusdan ölkəyə daxil olan avtomobilləri yoxlayır. Bu isə Gömrük İttifaqı razılaşmasının faktiki olaraq qüvvədən düşməsi deməkdir.

Belarusla Rusiya arasında gömrük postları 2010-cu ildə Gömrük İttifaqı razılaşmasına görə ləğv edilmişdi.

Xəbərə görə, Belarus tərəfi də Rusiya ilə sərhəddə bütün nəqliyyat vasitələrini yoxlayır. Belarus gömrüyünün sərhəddə işə başlamasını Rusiya tərəfi də təsdiqləyib. Məlumatlara görə, Belarusla Rusiya sərhədində gömrük yoxlamaları üzündən kilometrlərlə uzanan tıxaclar yaranıb. Üstəlik Kalininqrad vilayətindən Rusiyaya göndərilən ərzaq malları Belarus ərazisində günlərlə saxlanılır.

Qeyd edək ki, Belarusla yanaşı Avrasiya İttifaqının digər təsisçisi Qazaxıstan da Putinin Aİ ölkələrindən ərzaq mallarının idxalına qadağa qoymaq barədə göstərişinə əməl etməyib. Bu isə may ayında təsis edilən, “yeni SSRİ” adı alan Avrasiya İttifaqının hələ işə başlamamış ciddi çatlar verdiyini göstərməkdədir.

DAHA ÇOX OXU

1-MANŞET

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

30/06/2022
1-MANŞET

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

30/06/2022
1-MANŞET

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

30/06/2022
1-MANŞET

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

30/06/2022
export

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

30/06/2022
1-MANŞET

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

30/06/2022
SON XƏBƏR

Avropa Şurasının baş katibi: “Xədicə İsmayılovanın həbsinə lüzum yox idi"

MTN əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Oğru dünyasının himni: “Dolya vorovskaya”nın müəllifi kimdir... (Video)

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.