Blef xarakterli intiharlar və həyatla gerçəkdən vidalaşmaq istəyənlər…
Bir neçə il öncə bu mövzuda yazanda sadiq oxuculardan biri məktub yazıb gileyləndi. “İnsanlara niyə intiharın yollarını göstərirsiniz” deyə ittiham etdi, ağır sözlər də söylədi hətta… O zaman məqsəd dünyanı ağuşuna alan bəzi intihar hadisələrinin özətini oxucuya təqdim etmək idi. Amma indi günün ən aktual mövzusuna çevrilmiş bir intihar cəhdinin arxasınca getdiyimiz üçün mövzu diqqəti cəlb etdi.
Bəli, mövzunun aktuallığına səbəb isə jurnalist 2 ay müddətinə həbs edilmiş Xədicə İsmayılla bağlıdır. Məlumdur ki, xanım jurnalist prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağırılıb. Bu il oktyabrın 21-də Milli Park ərazisində 1984-cü il təvəllüdlü Tural Mustafayev intihar etmək məqsədilə el arasında “siçan dərmanı” adlandırılan və tərkibi sink-fosfitdən ibarət olan zəhərli preparat qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İntihara cəhd göstərən T.Mustafayev istintaqa bildirib ki, onu buna Xədicə İsmayıl sövq edib. Belə ki, o zaman “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olan X.İsmayıl T.Mustafayevi işdən çıxarıbmış.
“Siçan dərmanı” ilə intihara cəhd… Ekspertlər hesab edir ki, bəzi intihar üsulları sərf blef xarakteri daşıyır. Məqsəd şou göstərmək, kimlərisə qorxutmaq, duyğu sömürüsü… etməkdir…
Amma bu günə qədər tarixə keçmiş ən populyar intihar üsulları aşağıdakılardır.
1. Maşınla uçma/qəza – sürücü sürətlə maşını sərt bir şəkildə harasa vurur və ya yüksək bir uçurumdan aşağı atır. Yol qəzası ilə intihar arasındakı fərqi tapa bilmək üçün kiçik bir araşdırmaya ehtiyac duyulur ki, bu da polislərin işidir. Maşınla intihar da digər intihar yolları kimi qorxunc bir vasitədir. Çünki avtoqəzadan sağ qurtulma şansı olsa da, insan ömür boyu şikəst qala bilər.
2. Özünü yandırma. Adətən, hökumətə və ya rejimə etiraz olaraq həyata keçirilir. Bu proses bir neçə dəqiqədən bir neçə günə qədər uzana bilər. Ona görə ki, çox acılı prosesdir. Əgər adam özünü digər şəxslərin də olduğu bir yerdə yandırmağa çalışsa, ona yardım etmək istəyənlərin də həyatına təhlükə yarana bilər. Boğulma, şok və yanıqlardan asılı olaraq ölüm gerçəkləşə bilər. Bu intihar cəhdi uğursuzluqla nəticələnən şəxs də ömür boyu yanıqlarla yaşamaq zorunda qala bilər.
3. Elektrik cərəyanı ilə intihar. İnsan özünə elektrik şoku verərək öldürmək istəyə bilər. Lazımi miqdarda cərəyan dəriyə nüfuz etdikdən sonra daxili orqanlara çatır. Bu intihar üsulunda bir qayda olaraq sudan istifadə edilir, çünki su yaxşı cərəyan ötürücüsü sayılır.
4. Hündür yerdən özünü atmaq. Körpüdən və ya yüksək bir binanın üstündən hoppanan adamın dərisi və daxili orqanları parçalanır. Əgər adam alçaq bir körpüdən suya hoppanırsa, boğularaq ölmə ehtimalı daha çoxdur. Yüksək sayılan bir binanın təpəsindən hoppanmaq birdəfəlik çıxış yolu kimi görünə bilər. Amma insan havada olduğu zaman hiss edəcəyi duyğular ona böyük acılar verir. Digər tərəfdən, elm sübut edib ki, göydələnin təpəsindən hoppanan insanın ürəyi yarı yolda artıq dayanmış olur.
5. Gəminin arxa hissəsindən suya tullanmaq. Açıq dənizlərdə üzən gəmilərin arxa tərəfindən suya tullanma da dəqiq ölümlə nəticələnir. Belə ki, boğulma və ani bədən istiliyinin dəyişməsi insanı ölümə aparır. Paralel olaraq deyək ki, gəminin qabaq hissəsindən suya tullanan intiharçının da ölməsi mümkündür.
6. Bir maşının, qatarın arxasından və ya qabağına hoppanmaq. Sürətlə hərəkət edən maşının qabağına hoppanan adam zərbə nəticəsində həyatını itirir. Eynilə sürətlə hərəkət edən qatardan, maşından yerə hoppananların da ölmə ehtimalı var. Amma belələrinin şikəst qalma ehtimalı daha böyükdür.
7. Asılma. Bu intihar yolu nəticəsində boyun qırılır və ya insan boğulur. Bu zaman qurbanın onurğa beyni sıxılaraq qırılır, nəfəsi kəsilir və təxminən 2-3 dəqiqə ərzində bioloji ölüm baş verir. Onurğa beyni sıxılmasa belə, insanın xilas olması çox çətindir. Lap xilas olsa da, sinirləri zərər görəcəyi üçün ömür boyu iflic vəziyyətində yaşaya bilər.
8. Zərərli maddələrin inyeksiyası. Narkotik kimi zərərli maddələrin maksimum dozada bədənə inyeksiya edilməsi ilk növbədə infarkta səbəb olur və ölümlə sonuclanır. İstifadə olunan maddənin keyfiyyətinə, inyeksiya olunan vücud bölgəsinə görə ölüm müddəti arta və ya azala bilər. Bundan başqa, boş bir şprisdəki havanın damar daxilinə qüvvətlə göndərilməsi də şok bir ölümlə nəticələnə bilər.
9. Böyük dozada dərman qəbulu. Yuxu dərmanlarının, antidepressantların və ya ağrı kəsicilərinin də ifrat miqdarda qəbulu insanı öldürə bilər. Vaxtında müdaxilə edilərsə, mədə yuma kimi müxtəlif yöntəmlərlə insan həyatı xilas edilə bilər, amma bu, daxili orqanlarda qalıcı bir iz qoya bilər. Adətən bir-iki günlük yuxulu vəziyyətdən sonra xəstənin sağalması mümkündür.
10. Zəhərlənmək. İnsan zəhər qəbul edərək özünü öldürə bilər. Yüksək dozada dərman alınarkən çıxan nəticəyə bənzəyir. Zəhərin təsiri keyfiyyətinə və istifadə edənə görə dəyişir. Tarix boyunca liderləri öldürmək üçün xəfiyyələr çox tez-tez bu üsuldan istifadə ediblər.
11. Silahla vurmaq. Bu üsul silah əldə etmənin asan olduğu ölkələrdə çox geniş yayılıb. Polis və əsgərlər arasında bu intihar növü çox populyardır, çünki onların silah əldə etməsi daha asandır. Bu üsulun effektivliyi silahın hara nişan alınması ilə bağlıdır. Əgər alına və ağızdan beyinə doğru nişan alınırsa, ölümdən qurtulma mümkünsüz görünür. Ürəyə nişan alma da bir üsuldur. Amma tam hədəfə vurmaq da təxmin edildiyindən daha çətindir. Silahın mədəni nişan alması da nisbətən yavaş bir ölümü gerçəkləşdirir. Ürəyə və beyinə verilən zərər daha ölümcüldür.
Xatırladaq ki, bu üsul daha çox kişilər tərəfindən tərcih edilir ki, xüsusən də beyinə nişan alma əmsalı get-gedə artır. Boğazdan vurulduğu zaman da insan geriyə dönüşü olmayan şəkildə ölümə gedir.
12. Seppuku. Başqa adı xarakiri. Orta dövr Yaponiyasında samuraylardan qalma intihar növüdür. Döyüşdə məğlub olan, yaxud rəhbərliyin inamını itirən samuraylar bu ölüm növünə müraciət ediblər. Xarakiri bir mərasim olaraq gerçəkləşdirilir. Bu qərarı verən adam mərasim geyimi geyir, sevdiyi yeməyi yeyir, daha sonra isə qarşısına özəl parça ilə bürünmüş bir qılınc yerləşdirilir. Onun daha öncədən bir ölüm şeiri yazması da mərasimin rituallarındandır. Beləcə, şeirini də oxuyandan sonra insan qısa qılıncını və ya bıçağını qarnına soxur, soldan sağa doğru kəsir, daha sonra ikinci bir hərəkət olaraq qılıncı yuxarı çəkir.
13. Boğazını kəsmək. Bu üsulla qısa zaman kəsimində insan güclü qan itkisi yaşayır və ölür. Yaponiyada xüsusən qadınların istifadə etdiyi bir intihar növüdür.
14. Bilək kəsmək. Bu da qadınlara, xüsusən də aristokrat kəsimə xas intihar yolu sayılır. Bu üsul uzun çəkir və daha az acı verir. Əgər müdaxilə gec baş verərsə, qan itkisindən dolayı ölüm gerçəkləşə bilər, amma tez müdaxilə edilərsə, sadəcə qan itkisi olar ki, bunu da bərpa etmək mümkündür. Damar uzununa kəsiləndə tikiş vurmaq çətinləşir, ölüm sürəti artır və xilas da qeyri-mümkünə çevrilir.
15. Yüksək dozada spirtli içki qəbulu. Əgər bir insanın qanındakı spirt faizi 0.3%-ə qalxarsa, bu adam öncə komaya girər, müalicə imkanı tapmayanda isə ölər.
16. Vannada tok vurma. Fen və ya ütünü suyla doldurulmuş vannaya atmaqla intihar etmək mümkündür.
17. Havasız qalma. Başına sellofan torba keçirib boynundan bağlamaqla intihar etmək mümkündür.
Təbii ki, Allah heç kimi öz həyatı ilə oynamaq sınağı qarşısında qoymasın. Elə bundan şou kimi istifadə etməyi də…
Musavat.com