Ukrayna Ali Radası dekabrın 2-də yeni hökumətin tərkibini təsdiqləyib. Arseni Yatsenyukun baş nazirlik etdiyi hökumətdə üç əcnəbi yer alıb: gürcü Aleksandr Kvitaşvili – səhiyyə naziri, litvalı Ayvaras Abromaviçus – iqtisadi inkişaf və ticarət naziri, Ukrayna əsilli ABŞ vətəndaşı Natalya Yaresko – maliyyə naziri.
“Media forum” saytı Nazirlər Kabinetinin digər üzvlərinin siyahısını təqdim edir:
Gennadi Zubko – baş nazir müavini, mənzil-kommunal təsərrüfatı naziri;
Vyaçeslav Kirilenko – baş nazirin humanitar məsələlər üzrə müavini, mədəniyyət naziri;
Valeri Voşevski – baş nazir müavini;
Anna Onişşenko – Nazirlər Kabineti naziri;
Sergey Kvit – elm və təhsil naziri;
Vladimir Demçişin – energetika və kömür sənayesi naziri;
Arsen Avakov – daxili işlər naziri;
Pavel Petrenko – ədliyyə naziri;
İqor Jdanov – gənclər və idman naziri;
İqor Şevçenko – ekologiya və təbii sərvətlər naziri:
Aleksey Pavlenko – aqrar siyasət və ərzaq naziri
Pavel Rozenko – sosial siyasət naziri;
Andrey Pivovarski – infrastruktur naziri;
Yuri Stes – informasiya siyasəti naziri.