Azərbaycan prezidenti İlham Əliyevin qızının yeni fotosu yayılıb.
ANS PRESS-in məlumatına görə, foto sosial şəbəkədə paylaşılıb.
Fotoda dövlət başçısının böyük qızı Leyla Əliyeva və kiçik qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov yer alıb. Onların əllərində silahlar var. Onlar poliqonda hədəfə atəş açıblar.
Fotonu prezidentin kürəkəni S.Qurbanov “That is how we roll!” (Bax biz belə vururuq) şərhi ilə paylaşıb.
Qeyd edək ki, Səməd Qurbanov rusiyalı iş adamıdır. Arzu Əliyeva və Səməd Qurbanovun Aydın adında bir övladları var.