Hadisə ötən gecə Binə qəsəbəsində qeydə alınıb.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, qəsəbə sakini, 23 yaşlı Şəms Daşdəmir qızı Abdullayeva naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Bakı Şəhər Baş Polis İdarəsi dünən qətlə yetirilən 23 yaşlı qızla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini 1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.