Bakıdakı 132-134 nömrəli təhsil kompleksində dərs deyən Konqo əsilli fransız müəllim Fransis Vilfrid Mang Benzadit Mantohota “Azərbaycam qəzetinə” geniş müsahibə verib.
Mdoern.az xəbər verir ki, o, tələbəsi olan azərbaycanlı qızla evlənib:
“Xanımım mənim universitetdə tələbəm olub (gülür). Sonradan təhsilini Fransada arxitektor – dizayner olaraq davam etdirdi. Bir-birimizi əvvəldən tanıyırdıq. Amma bura qayıdandan sonra daha yaxından tanış olduq. Onun ailəsi mənim haqqımda dərindən araşdırmalar apardılar. Düz etdilər, nə də olsa qızlarını bir əcnəbiyə verirdilər. Nişanlandıq və bir il sonra evləndik. Toyumuz Azərbaycan adət-ənənələrinə uyğun keçirildi.. İndi şükür ki, 16 ildir bir yerdəyik. Bir qızım var”.
Azərbaycan bayramlarını, adət-ənənələrini çox sevdiyini deyən əcnəbi kürəkən azərbaycanlı qayınatasından da razılıq edib:
“Azərbaycan bayramlarını, adət-ənənələrini çox sevirəm. Əgər bayramdırsa, bütün ailə bir arada olur. Stolun üstü bəzənir. Fransanın özündə elə masalar olmur. Mən Azərbaycana gələndən sonra çox yeməyə başladım (gülür). Azərbaycan elə bir ölkədir ki, övladlar evlənsələr belə, bir yerdə yaşayırlar. Qərarları bir yerdə qəbul edirlər. Fransada bu qaydalara indi riayət etməyə başlayıblar. Bu mənim çox xoşuma gəlir, istəyirəm bu adət daim qalsın. Bura elə ölkədir ki, bir insan qapımı döysə, onu qonaq saxlaya bilərəm. Burda ailə dəyərləri güclüdür. Bunları qorumaq lazımdır. Biz evlənəndə mənim evim yox idi. Həyat yoldaşımın ailəsi bizə ev aldı, hələ mənə maşın da hədiyyə elədilər. Məni öz övladları kimi qəbul etdilər”.