metsamor-nuclear-

Ermənistan yenidən Rusiyadan borc kredit götürəcək.

AzVision.az-n erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə kredit Metsamor Atom Elektrik Stansiyası (AES) üçün götürülür.

Ermənistan hökumətinin iclası zamanı AES-in ikinci reaktorunun istifadə müddətinin uzadılması ilə bağlı Rusiya hökuməti ilə bağlı sənədin imzalanması ilə bağlı təklifi imzalayıb.

Maliyyə naziri Qaqik Xaçataryan bəyan edib ki, Rusiya bu saziş əsasında Ermənistana 270 milyon dollar dəyərində kredit veriləcək.

Bu kredit hələ may ayında Ermənistana təqdim edilməli idi, lakin onun ayrılması bir neçə dəfə təxirə salınıb. Ayrılan vəsait Ermənistana AES-in istifadə müddətini daha 10 il müddətinə uzatmağa imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl AES-in 2016-cı ildə istismardan çıxarılacağı bildirilirdi.