“Onlar hind filmlərinə baxırlar…”.
Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, şəhərdə fəaliyyət göstərənlərdən daha yararlı, daha vacib işlə məşğuldular. Elə bizim müsahibimiz kimi.
Bu il tarix müəllimliyi fakültəsindən məzun olan, hazırda isə Quba rayonunun ucqar Üçgün kənd orta məktəbində müəllim işləyən Kamran Şeyxzamanlı Modern.az saytının suallarını cavablandırıb.
– Əvvəlcə sizi tanıyaq…
– 1992-ci ildə Gəncədə doğulmuşam. Gəncədə 20 saylı orta məktəbi bitirmişəm. Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində müəllim ixtisasına yiyələnmişəm. Hazırda Quba rayon Üçgün kəndində tarix müəllimi işləyirəm.
– Müəllim olmaq, xüsusən də tarix müəllimi olmaq istəyiniz öncədən planlaşdırılmışdı, yoxsa təsadüf oldu?
– Abituriyent olduğum zamanlarda tarix fənnini sevirdim və daha çox zamanımı bu fənnə ayırırdım. Nəticədə Tarix fakültəsinə daxil oldum. Universitetdə təhsil aldığlm müddətdə müəllim olacağımı artıq qərarlaşdırmışdım. Buna görə ixtisasımı mümkün qədər yaxşı öyrəndim.
– Niyə məhz müəllimlik…?
– Həyatda öyrətməkdən və öyrənməkdən ali heç nə yoxdur.
– Gənc yaşda müəllimlik fəaliyyətinə şəhərdə yox, ucqar kənddə başlayan şəxslərə cəmiyyətdə fədakar və qəhrəman kimi baxırlar. Siz bu fikirə necə şərh verərdiz? Sizin üçün də elədir?
– Mən qəhrəman deyiləm və insanların mənim fəaliyyətimi dəyərləndirməsinə cavab olaraq təşəkkür edirəm. Düşünürəm ki, bu məsələyə qəhrəman kimi baxanlar bunu böyüdənlərdir. Mən sadəcə müəlliməm. O ki qaldı fədakarlığa, düşünürəm ki, alturist insanlar cəmiyyətdə çox azdı.
– Bildiyimiz qədər, Gəncə və Sumqayıtda müəllim işləməyiniz üçün imkanlar olub. Bəs, bundan imtina etməyinizin səbəbi?
– Qeyd edim ki, Gəncə və Sumqayıt şəhərlərində tarix müəllimliyi üçün vakansiya verilməmişdi.Yəni qanun çərçivəsində orda işləməm mümkün deyildi. İkinci tərəfdən şəhər mühitində tələb və təklif düzgün gəlmir. Maaş az, tələbat çoxdur. Şəhərlə müqayisədə kənddə olan uşaqların öyrənməyə çox ehtiyacı var.
– Qubanın Üçgün kənd orta məktəbində dərs demək sizin öz seçiminizdir, yoxsa imtahan nəticəsinə görə bu məktəbdəsiniz?
– İmtahanda 8 rayonun kəndlərini yazmışdım. İmtahan nəticəsinə uyğun olaraq Üçgün kənd məktəbinə göndərildim. Bunun üçün imtahan da daxil olmaqla 3 mərhələdən keçdim.
– Gələk əsas məsələyə… Üçgün kənd orta məktəbi və buradakı dərs şərati… Bu, qaneedicidirmi?
– Üçgün kəndində 5, 6, 7, 8, və 9-cu siniflərə dərs deyirəm. “Azərbaycan tarixi”, “Ümumi və Qarabağ tarixi” , eyni zamanda “Konstitusiya, insan və cəmiyyət” fənnini də tədris edirəm. Həftədə 18 saat dərsim var. 5-ci sinifdə sinif rəhbəriyəm. Üçgün kənd orta məktəbində təxminən 140 şagird oxuyur. Sinif otaqlarının sayı azdır. Cəmi 6 sinif otağı var. Kompüter otağı yoxdur. Kənd üçün yeni məktəb tikilsə, bu, şagirdlərin yaxşı şəraitdə təhsil almaları üçün yeni imkan olar. Uşaqlar da bunu arzulayırlar. Təhsil ocağı 9 illikdir. Ona görə də 10-11-ci sinifin şagirdləri qonşu kəndlərin məktəblərində təhsil alırlar. Qonşu kəndlər Üçgünlə 20-30 dəqiqəlik məsafədə yerləşir .
Orta məktəbdə yaşlı müəllimlər üstünlük təşkil edirlər. Məncə, gənc müəllimlər kəndlərə gəlsələr, daha yaxşı olar. Dövlət də bu işdə onlara dəstək olmalıdır. Gənc müəllimlər bol enerjiyə və İKT biliklərinə malikdirlər. Onlar uşaqlara daha çox zaman ayıra və dost olmağı bacara bilər. Ümumiyyətlə, tədrisin keyfiyyəti müəllimin məsuliyyəti və bilik səviyyəsindən xeyli asılıdır.
– Güman ki, pedaqoji təcrübədə şəhər məktəblərində olmusunuz. Müqayisə edəndə kənd məktəbi ilə hansı məsələlər sizə maraqlıdır?
– Mən pedaqoji təcrübələri Sumqayıt şəhərindəki 15 və 29 nömrəli orta məktəblərdə keçmişəm. Kənd uşaqları biliyə daha acdırlar. Onlar çox tərbiyəli və müəllimə hörmət edirlər. Lakin şəhər mühitində repetitor hazırlıqları və kurslar məktəblərin əhəmiyyətini azaldıb.
– İndi isə şagirdlərin tədrisə yanaşmasından danışaq. Çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqlar dünyagörüşsüz olur və dərsə həvəslə yanaşmırlar. Bir neçə aydır ki, kənddə dərs deyirsiz. Sizcə, bunun səbəbləri nələrdir? Ağır kənd həyatı və ya …?
– Kənd uşaqları əsasən təsərrüfat işləriylə məşğul olurlar. Onlar hind filmlərinə baxırlar, velosiped sürür, valideynlərinə kömək edirlər. Seriallar və televizya onların gündəlik həyatlarında fərqli olaraq gördükləri və eşitdikləri bir pəncərədi. Ona görə bu pəncərəni biz daha maraqlı etməli, şoudan çox maarifləndirici proqramlara üstünlük verməliyik. Uşaqlar serialardakı kimi səliqəli geyinmək, qulluqçularının olmasını, kinolardakı kimi maşınlarının olmasını istəyirlər. Müşahidəmdə uşaqların Üzeyir Hacıbəyli kimi bəstəkar olmaq istəmələrini və bununla yanaşı, digər klassik Azərbaycan yazarları, sənətçiləri kimi olmaq çabalarını görə bilmədim. Onlar ara mahnılarının gənc ifaçısı Üzeyir Mehdizadəni çox sevirlər.
Televizyanı süzgəcdən keçirə bilmirlər və tez həzm edirlər. Bu məni narahat edir. Dərsə həvəs yaratmaq müəllimin işidi. Müəllim bunu bacarmalıdı. Bu kənddəki uşaqların tək bilik mənbəyi məktəbdir. Müəllim dərs keçməsə, o uşaq ömürlük bilikdən şikəst olacaq. Bununla yanaşı, valideyn də övladının oxumasında maraqlı olmalıdır, yoxsa müəllimə çox çətin olur. Bir növ buradakı uşaqlar xammaldılar. Əsası sən bu xammalı necə və nə məqsədlə istifadə etməyindir. Düzgün mühit formalaşdırıb bu xammaldan keyfiyətli məhsul yaratmaq lazımdır. Kənd uşaqları inanırlar ki, onlar bir gün xarici maşınla kəndlərinə qayıdacaqlar. Amma onlar bunu təhsil alaraq yox, Moskvada alver etməklə həyata keçirməyi düşünürlər…
– Hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?
– Ən başılacası yeni məktəb binası tikilməlidir. Sonra kompüter otağı, çatışmayan müəllim boşluğunun doldurulması və elektron vasitələrlə məktəbin təmin olunmasına ehtiyac var. 4 il tarixi müəllimi görməyən şagirdlərlə işləmək çətindir. Onlar mənə diqqətlə qulaq asırlar, öyrənməyə çalışırlar. Çalışıram dərs prosesində öyrənsilər, çünki evdə dərsə çox zaman ayırmırlar . Məktəbdəki uşaqlar tənbəl və şalışqan uşaqlara bölünür.
– Maraqlıdır, şəhərdə böyüyəsən, indi kənd həyatında yaşayasan. Çətin deyil sizə? Harada qalırsınız? Özünüzü necə təmin edirsiz?
– Çətinliyi asanlaşdıra bilmişəm və hər şey yaxşıdır. Hüzurluyam, vicdanım rahatdı.
– Maaşınız sizi qane edir sizi?
– Xeyr etmir.
– Kənd məktəblərində uzun müddət müəllim işləmək fikriniz var?
– Müəllim laməkandır. O, öyrədəndir. Öyrətməyin və öyrənməyin isə məkanı yoxdur. Uzun müddət müəllim işləmək istəyirəm. Hazırda uşaqların dərsdənkanar vaxtlarını asudə keçirmələri üçün bədii kitabların siyahasını vermişəm. Cek Londonin “Həyat eşqi” əsərini oxuyurlar. Əsəri oxuduqdan sonra onlarla bu bardə müzakirə olacaq. Kənd klubunda isə təlimlər keçirməyi düşünürük.