gomap

“Google” beynəlxalq axtarış sistemi Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı növbəti təxribata yol verib.

“Google maps”proqramının yenilənməsindən sonra Xankəndi və ətraf ərazilər erməni dilində yazılıb. Yalnız Xankəndinin adı həm də Azərbaycan dilində göstərilib.

Bu ilin iyununda da “Google maps” Azərbaycanla bağlı daha təxribata yol vermişdi. Xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində “Dağlıq Qarabağ Respublikası” kimi göstərilmişdi.

“Google” tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir. Xatırladaq ki, “Google map” proqramı Yer planetinin peyk vasitəsi ilə çəkilmiş şəkillərindən ibarətdir.