Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı bu dəfə öz döyüşçüsünün başını kəsib.
ANS PRESS-in məlumatına görə, Suriyanın Rakka şəhərində baş verən hadisə hər kəsi heyrətləndirib. Terror təşkilatının edam üsulu əvvəliklərdən xeyli fərqlənib.
Belə ki, bu dəfə təşkilat üzvünü çarmıxa çəkilib və daha sonra onun başı kəsilib. Ehtimal olunur ki, İŞİD döyüşçüsü daxili münaqişələrin qurbanı olub. Bununlada İŞİD dəhşətli cinayətlər silsiləsinə bir yenisini daha əlavə edib.
İraq və Suriyada saysız insanı öldürən təşkilatın edam üçün artıq bu üsuldan istifadə etdiyi bildirilir.