71874_res_01

ABŞ-ın Harvard Universiteti Azərbaycanın tarixçi-professoru Cəmil Həsənlinin “Xruşşov mülayimləşməsi və Sovet Azərbaycanında milli özünü dərk, 1954-1959” adlı monoqrafiyasını nəşr edib.

Bu barədə “Turan”-a Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə, monoqrafiya uzun illərdir fəaliyyət göstərən “Harvard Soyuq Müharibə Araşdırmaları Kitab Seriyasında” (The Harvard Cold War Studies Book Series) çap olunub. Seriyanın redaktoru alim professor Mark Kramerdir.

Əsər Stalinin ölümündən sonra Sovet Azərbaycanında cərəyan edən siyasi prosesləri əks etdirir. Belə ki, kitabda Xruşşov reformaları, Sovet Kommunist Partiyasının XX qurultayının qərarları, Kreml rəhbərliyində baş verən siyasi çəkişmələrin milli respublikalarda, o cümlədən Sovet Azərbaycanında necə qarşılanması da yer alıb.

Müəllifin sözlərinə görə, bu monoqrafiyadan aydın olur ki, SSRİ Müdafiə naziri marşal Jukovun azərbaycanlıların ali hərbi akademiyalara qəbul olunmasını qadağan edən gizli əmri olub.

Kitaba Azərbaycan dilinin dövlət dili olması, 1956-cı ildə respublika konstitusiyasına “Dövlət dili” haqqında xüsusi maddənin əlavə edildiyi qeyd olunub.

Kitabın üz qabığının arxa hissəsində tanınmış Amerika alimlərinin əsər, onun müəllifi haqqında fikir və mülahizələri yer alıb.

71875_src