Ermənistan prezidenti Serj Sərkisyan bu gün Dağlıq Qarabağa işgüzar səfərə gəlib.
Virtualaz.org-un xəbərinə görə, Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir ki, Sərkisyan səfəri çərçivəsində “DQR”-in “prezidenti” Bako Saakyanın, Ermənistanın müdafiə naziri və digər yüksəkrütbəli komandan heyətinin müşayiəti ilə bir neçə hərbi hissəyə baş çəkəcək, onların döyüş hazırlığının vəziyyəti ilə tanış olacaq və nümunəvi təlimləri izləyəcək.
Bunlardan öncə isə Sərkisyan Gexarkuniksdəki hərbi hissənin təlim-məşq bazasında olub və hərbi təlimlərin gedişini izləyib.
Çox maraqlıdır ki, Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal altında olan Qarabağ zonasına hərbi vertolyotla gəlib.
Bu dəqiqələrdə erməni KİV-ləri bununla bağlı video-kadrlar yayıblar.