Erməni tərəfi hərbi vertolyotunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulduğunu təsdiqləyib. Modern.az saytı xəbər verir ki, Ermənistan mediasında yayılan xəbərdə hərbi vertolyotun Dağlıq Qarabağdakı separatçı rejimə məxsus olduğu bildirilib.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı “Dağlıq Qarabağ Respublikası”nın qondarma “Müdafiə Nazirliyi” bu gün saat 13:45-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Şərq istiqamətində hərbi vertolyotun vurulduğunu bildirib.
Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, “Mİ-24” vertolyotu təlim uçuşu həyata keçirərkən Azərbaycan tərəfdən açılan atəşlə vurulub. Məlumatda qeyd edilir ki, təlim vertolyotu cəbhə xəttinin yaxınlığında yerə düşdüyü üçün onun şəxsi heyətini ərazidən çıxarmaq mümkün olmayıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.