Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama Pekində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (ATES) sammitinin birinci işçi iclasından sonra da söhbət ediblər.
Modern.az saytının verdiyi xəbərə görə bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata görə hər iki lider iclas zalında birgə şəkil çəkdirmə mərasimindən əvvəl söhbət ediblər.
Görüşün qalan iştirakçıları Barak Obama və Vladimir Putini bir neçə dəqiqə gözləməli olub. “Onlar hərəkət edə-edə söhbət ediblər. Prezidentlərin nə haqqında danışdığı isə bəlli deyil”,-deyə məlumatda bildirilir.
Prezidentlərin sammit çərçivəsində bundan əvvəl də qeyri-formal görüşü olub.
11.11.2014, 11:23
200
baxış
TURAN
Putinlə Obama yenidən görüşdü