71370_res_01

Azərbaycanın dünyaşöhrətli detektiv yazarı Çingiz Abdullayev İnterpolun fəxri səfiri olub.

ANS PRESS xəbər verir ki, bu barədə məktub Monakodan Azərbaycan daxili işlər naziri adına gəlib. Məktub İnterpolun rəhbəri adından daxil olub.

Qeyd edək ki, Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Çingiz Abdullayev 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Hüquq elmləri doktoru olan yazıçı 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Onun 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Çingiz Abdullayev 193 adda kitabın müəllifidir