İŞİD xüsusi təyinatlı qrup yaradıb.
Ötən gün internetdə qrupun fotoları yayılıb.
Türkiyənin “Radikal” qəzeti yazır ki, İŞİD-in xüsusi təyinatlıları xarici görünüşcə ABŞ-ın “SWAT” xüsusi təyinatlı dəstəsinə bənzədilib. İŞİD xüsusi təyinatlıları ABŞ istehsalı olan M-16 avtomatları ilə silahlanıb. Çadırda çəkilən foto internetə iraqlı bir İŞİD üzvü tərəfindən yüklənib.
Ekspertlərə görə, İraq və Suriyada davam edən döyüşlərdə ağır zərbələr alan İŞİD-in xüsusi təyinatlılarının fotosunun yayılması bu terror təşkilatının tərəfdarlarına ruh yüksəkliyi verməyə hesablanmış təbliğat hərəkətidir.
Hesab olunur ki, qruplaşma bu cür foto və məlumatları yaymaqla internet üzərindən təbliğat qurur, guya dövlətin yaradılması barədə imicin formalaşdırılmasına çalışır. Eyni zamanda İŞİD son dövrlərdə terror təşkilatı imicindən çıxaraq, nizam-intizamlı bir dövlət olması ilə bağlı görüntü formalaşdırmağa və qruplaşma ətrafında vahimə yaratmağa çalışır.
Musavat.com