images_zeyneb xanlorava

Xalq artisti, deputat Zeynəb Xanlarovaya ABŞ-a getməyə viza verilmədiyi barədə iddiaların əsassız olduğu aydınlaşıb. Qeyd edək ki, xalq artisti ilə Türkiyə vətəndaşı Seyfi Azərioğlu arasında yaranmış qalmaqal zamanı iddia olunurdu ki, Zeynəb Xanlarovaya ABŞ-a getməyə viza verilməyib.

Tanınmış vəkil Aslan Ismayılov isə “Facebook” səhifəsində yazıb ki, bu iddialar əsassızdır və hazırda xalq artisti ABŞ-dadır: “Bu gün (dünən-red) amerikalı vəkil dostumla söhbət zamanı öyrəndim ki, şəxsiyyətinə və sənətinə hörmət etdiyim Zeynəb Xanlarova Nyu York şəhərindədir. Orada ABŞ-ın böyük şəhərlərində keçirəcəyi konsertlərlə bağlı müqavilələr imzalayır. Bu xəbərə çox sevindim, çünki bu yaxınlarda bəzi ”məşhur vəkillər” bir nəfər dələduzu müdafiə etmək üçün KIV-lərdə bildirirdilər ki, guya Zeynəb Xanlarovaya ABŞ-a getməyə viza verilməyib. Bu xəbəri Zeynəb xanımdan dəqiqləşdirəndə iftira olduğunu bildirmişdi. Ancaq o zaman qalmaqal həvəskarlarına bir dərs verdi, öz adına uyğun davrandı və mətbuatda o yalanın təkzib olunmasına razı olmadı. Zeynəb xanım bir daha hamıya göstərdi ki, qalmaqallarla yox, əsl sənətlə sevilir və tarixə düşürlər”.

Azadliq.info