Bazar, 29 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

TURAN
18/10/2014 11:18
0
0
BAXIŞ
FacebookTwitterTelegram

0b2acca8db73d6c120bb1a52183f09a4

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Dövlət Müstəqilliyi Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən heç şübhəsiz tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Modern.az-ın məlumatına görə, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.
Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr – Dövlət Müstəqilliyi günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.

18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmayıb. Bəzi tarixçilər Milli Məclisin Azərbacan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə endirməsini mənfi hal kimi qiymətləndirir.

Onu da qeyd edək ki, 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının əleyhinə çıxan Ali Sovetin bəzi keçmiş deputatları hazırda müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələr tuturlar.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Zelenski dünyanı gözləyən ərzaq böhranının başlayacağı TARİXİ AÇIQLADI (VİDEO)

28/05/2022
1-MANŞET

30-dan çox insanı aldadıb – Gözəlliyi və dələduzluğu ilə gündəm oldu – VİDEO, FOTO

28/05/2022
1-MANŞET

Festivaldan xoş GÖRÜNTÜLƏR – VİDEO

28/05/2022
1-MANŞET

Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”

28/05/2022
1-MANŞET

İlham Əliyev: “Türkiyənin artan gücü bizi də gücləndirir”

28/05/2022
1-MANŞET

“Şlyapa Zahid” həbs edildi

28/05/2022
SON XƏBƏR

Aygün Kazımovanın nişanlısı evli çıxdı - foto

Hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa çıxdı - FOTOLAR

Ramil Usubov rəisi işdən azad etdi - Əmr

Xəbər lenti

Zelenski dünyanı gözləyən ərzaq böhranının başlayacağı TARİXİ AÇIQLADI (VİDEO)

2022/05/28 23:44

30-dan çox insanı aldadıb – Gözəlliyi və dələduzluğu ilə gündəm oldu – VİDEO, FOTO

2022/05/28 23:29

ŞOK GÖRÜNTÜLƏR – 6 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs belə linç edildi – VİDEO

2022/05/28 23:13

16 yaşlı gənc qız özünü binadan atdı – ANBAAN VİDEO

2022/05/28 23:01

İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi – FOTO

2022/05/28 21:53

Festivaldan xoş GÖRÜNTÜLƏR – VİDEO

2022/05/28 20:13

Füzulidə 23 yaşlı gənc minaya düşdü

2022/05/28 19:48

Bərdədə üzücü olay:Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı

2022/05/28 19:06

Kreml Paşinyanı “paralel idxala” məcbur edir: Ermənistanı sanksiyalar gözləyir

2022/05/28 18:56

Vilayət Eyvazov polis generalını təqaüdə göndərdi

2022/05/28 18:47

Bakıda “Prius” qadın piyadanı vurdu – VİDEO

2022/05/28 18:34

“Getsin, başına dua yazdırsın” – Xalq artistindən Elza Seyidcahana cavab

2022/05/28 18:32

Saleh Rüstəmli azadlığa çıxan kimi Azərbaycanı TƏRK ETDİ

2022/05/28 16:44

İsraildən gözlənilməz Ukrayna qərarı – QADAĞAN EDİLDİ

2022/05/28 16:43

İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti

2022/05/28 16:41

Afət Fərmanqızı: “Vasif əsl kişidir”

2022/05/28 16:38

Əfv edilənlər arasında dünya çempionu da var

2022/05/28 16:36

Məktəbli qızlar imtahandan keçmək üçün cavabları elə yerdə gizlətdilər ki… – VİDEO

2022/05/28 16:35

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verilib

2022/05/28 16:34

Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”

2022/05/28 16:32

İlham Əliyev: “Türkiyənin artan gücü bizi də gücləndirir”

2022/05/28 16:30

Azərbaycan və Türkiyə Prezidentləri “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar

2022/05/28 15:20

Nəcməddin Sadıkovun “sağ əl”i HƏBS OLUNDU

2022/05/28 15:00

Putin döyüşdən qaçanları sərt cəzalandırdı

2022/05/28 14:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.