“Bakılı oğlanlar” komandasının kapitanı, mərhum Anar Məmmədxanovun həyat yoldaşı İradə xanım 1news.az saytına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, o deyib ki, nəsil sarıdan özünü çox şanslı hesab edir:
“Kişiyə, qadına hörmət edilən, böyük-kiçik sayılan bir ailədə doğulmuşam. Daha sonra əvəzolunmaz biri ilə ailə qurmuşam. Möhtəşəm övladlarım var. Fəxr edirəm ki, onlar kimi üç övlad anasıyam. Uşaqlıqda həmişə böyük ailəm olmasını arzulayırdım. İndi bu xəyallarım da gerçəkləşib. Hər zaman yanımda fəxrlə getdiyim kişi olub. Bilmişəm ki, o mümkünsüzü belə edəcək və “Bunlar hamısı sənin üçündür” söyləyəcəkdi. Bu gün deyə bilərəm ki, mən onunla əsl həyat məktəbi keçmişəm, sevgi dolu bir ömür yaşamışam. Əgər insan sağlamdırsa və onun qarşısında planları varsa, o heç vaxt xoşbəxt olub-olmaması haqda düşünmür. Biz Anarla tez-tez müzakirələr edirdik: “Niyə sən mənim, mən sənin yanındayam?”. Axırda o qənaətə gəlirdik ki, bir-birimizlə qarşılaşdığımıza görə ən şanslı insanlarıq. Biz bir-birimizlə qürur duyurduq”.
Həyat yoldaşını itirdikdən sonra ağır günlər keçirən İradə Məmmədxanova övladları ilə bağlı qərarlarından danışıb:
“Anar oğlumun məktəbi bitirdiyi ildə dünyasını dəyişdi. Oğlumu xaricə oxumağa göndərməklə bağlı qərara gəlmək mənə çətin idi. Amma indi mən qərarları sərbəst verirəm. Anarsız ilk il həyatımın ən çətin dövrü oldu. Sanki yenidən yeriməyi öyrənirsən. Amma ondan fərqli olaraq, xoşbəxtlik hissləri keçirə bilmirsən. Oğlum həmin il universitetə qəbul oldu, amma ikinci il oxumağa getdi. Düşünürəm ki, ata-ana borcu qaytarılmalı deyil. Valideyn hər zaman övlad üçün nəsə etməlidir. Övladlarımın hər birinin öz yolu var. İnanıram ki, onlar bu həyatda önəmli, lazımlı vətəndaş olacaqlar”.
http://s020.radikal.ru/i700/1410/49/7d4a62779c29.jpg
http://i004.radikal.ru/1410/67/2b0ffc93568a.jpg
http://s017.radikal.ru/i428/1410/ce/8d5189573345.jpg