Nazim Veysov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Virtualaz.org saytı xatırladır ki, Nazim Veys oğlu Veysov 24 mart, 2003-cü ildən 11 aprel, 2005-ci il tarixinədək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Prezidentin 11 aprel, 2005-ci il tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinın başçısı vəzifəsinə təyin olunmuşdu.
Şəmkirin yeni icra başçısı Alimpaşa Məmmədov isə bundan əvvəl vergi sistemində çalışıb.