Gürcü əsilli məşhur rusiyalı teleaparacı və prodüsser Tina Kandelakinin Çeçenistan prezidneti Ramzan Kadırova yazdığı təbrik statusu qalmaqala səbəb olub.
“AzerFax”(AFA) xəbər verir ki, Tina Kandelaki özünün Facebook səhifəsində R.Kadırovun doğum günü münasibətilə “gözqamaşdıran” təbrik mətni paylaşıb. Çeçenistan prezidentini az qala bütün kişilərə nümunə hesab edən Tina qeyd edib ki, əsl kişiyə lazım olan bütün keyfiyyətlər R.Kadırovda cəmləşib: “Onun bilik və bacarıqları təkcə özünün və əqrabasının yox, bütovlükdə respubkanın düzgün yolunu müyyənləşdrməyə imkan verir. Ramzan, arzu edrəm ki, sən həmişə belə güclü olasan, özünə əminliyini itirməyəsən. Sən çox böyük işlər görmüsən və həmişə bilmisən ki, ən doğru addım hansıdır”.
T.Kandelaki təbrik statusu ilə yanaşı Çeçenistan prezidnetilə birgə çəkdirdiyi fotonu da paylaşıb.
Lakin FB istifadəçiləri teleaparıcının bu təbrikini isti qarşılamayıblar. 5 minə yaxın FB istifadəçisinin diqqətini cəlb etmiş bu status və foto çoxsaylı qınaqlar və ağır ittihamlarla qarşılanıb. İzləyicilər Kadırovun belə bir təbrikə layiq olmadığını qeyd edərək, onun əlinin qana batdığını, cinayətkar əməllərə meyilləndiyini də yazıblar. Tinanın özü isə “satılmağa yeri qalmayan” birisi kimi qələmə verilib. Yaltaqlıqda ittiham olunan aparıcı şərhlərin heç birinə reaksiya verməyib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatənda Tina ilə Ramzan Kadırobv arasında sıcaq münasobətlərin yarandığı barədə məluamatlar gözə dəyirdi. Belə iddia olunur ki, Kadırov gördüyü işləri Rusiya kanallarına çıxarmaq vəzifəsini də məhz Tinanın üzərinə qoyub. Rusiya mətbuatı bu ilişginin “başqa telləlrlə” bağlı ola biləcəyini ehtimal edir.
http://s010.radikal.ru/i313/1410/c8/be7ce2e0e72d.jpg
http://s020.radikal.ru/i701/1410/45/23d5c2109dbd.jpg
http://s017.radikal.ru/i421/1410/52/0aea91ee498c.jpg
http://s017.radikal.ru/i419/1410/e8/f310fc37d959.jpg
http://s009.radikal.ru/i307/1410/76/ed79c1d82c2b.jpg
http://s017.radikal.ru/i432/1410/7a/ef2c082b24c1.jpg
http://s010.radikal.ru/i311/1410/29/088b1ea0a721.jpg
http://s04.radikal.ru/i177/1410/d2/6c7d4ccd6fab.jpg
http://s017.radikal.ru/i406/1410/da/9ad64dc480b3.jpg
http://s011.radikal.ru/i317/1410/4e/171eab2337f9.jpg
http://s56.radikal.ru/i151/1410/1d/1644f5c26e43.jpg
http://s017.radikal.ru/i438/1410/e7/5fb660887df5.jpg
http://s020.radikal.ru/i706/1410/55/52d00ed27895.jpg
http://s019.radikal.ru/i616/1410/d4/805d2f95553b.jpg
http://s008.radikal.ru/i303/1410/2c/1f8d2a188edf.jpg
http://s019.radikal.ru/i605/1410/8c/ce8214294786.jpg
http://i077.radikal.ru/1410/a0/9370d5022b74.jpg
http://s011.radikal.ru/i315/1410/53/bc58cb25d582.jpg