Qənirə Paşayeva 2-ci Beynəlxalq Koroğlu festivalında Qarabağla bağlı çağırış edib.
Türkiyənin Bolu şəhərində 2-ci Beynəlxalq Koroğlu festivalı keçirilib. Festivalda Türkiyənin dövlət rəsmiləri və millət vəkilləri, Bolu bələdiyyə başçısı Ələddin Yılmaz, Bolu Valisi, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, bir sıra Türk dövlətlərinin səfirləri, ziyalıları, alimləri, sənətçiləri iştirak ediblər.
Koroğlunun adını daşıyan festivalın təşkil olunmasında məqsəd türk dünyasının birliyi və bərabərliyini daha da gücləndirmək, qəhrəmanı Koroğlunun dünyaya daha geniş tanıdılmasıdır. Festivala Türkiyənin Mehtər musiqi qrupunun çıxışı ilə start verilib.
Festivalın açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk xalqlarının birliyi məsələsinə toxunaraq Koroğlunu bütün türk dünyasını birləşdirən böyük dəyər adlandırıb.
“Azərbaycanın və eləcə də türk dünyasının hər yerində Koroğlunun izinə rast gəlinir. Koroğlu əgər türk dünyasının hər yerində varsa bu, bizim birliyimizin göstəricisidir”.
Azərbaycanın bu məsələyə hər zaman böyük önəm verməsi və görülən işlər barədə də məlumat verən millət vəkili Qənirə Paşayeva Türk millətinin və Türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ münaqişəsindən, münaqişə nəticəsində Azərbaycan xalqının yaşadığı faciələrdən də danışıb.
“Mən türk dünyasında həmişə barışın olmasını, göz yaşının olmamasını arzu edirəm. Çünki 20% torpağı hələ də Ermənistanın işğal altında olan Azərbaycan ağrılı günlərin nə olduğunu Dağlıq Qarabağda da daxil olmaqla bütün işğal olunmuş torpaqlarında yaşayıb. Sizin qardaşlarınızın torpaqlarının 20 faizini hələ də işğalçı Ermənistan işğal altında saxlayır və 1 milyondan çox qardaş-bacınız uzun illərdir öz evlərinə dönə bilmirlər”.
http://s017.radikal.ru/i412/1410/f1/f3a295902fb3.jpg
http://s57.radikal.ru/i155/1410/52/4bca37ffb40f.jpg
http://i077.radikal.ru/1410/54/147c51571fe5.jpg
http://s012.radikal.ru/i320/1410/82/b2965dd2393c.jpg