Aktyor bildirib ki, Azərbaycan tamaşaçısı belə filmləri qəbul etməyə hazır deyil
Həyat yoldaşı aktrisa olan Eşqin Quliyev “həyat yoldaşınızla intim səhnələrə çəkilərdinizmi” sualına belə cavab verib:
“İndiyə kimi Gülər xanımla bir neçə tamaşada – “Mən səni sevirəm”, “Yatmış gözəl”də oynamışıq.
Amma belə rollarımız olmayıb. Həyat yoldaşım razı olarsa, rejissor məni qane edərsə, intim səhnələrə çəkilə bilərik. Xarici filmlərdə isə sözsüz ki, çəkilərdim”.
Eşqin Quliyev Azərbaycanda bu tip filmlərin qəbul olunmadığını da diqqətə çatdırıb:
“Bura Azərbaycandır da. Bizim millətin düşüncəsi o dərəcədə inkişaf etməyib ki, elə filmlərə normal baxsın”.
Qeyd edək ki, Eşqin Quliyevin həyat yoldaşı, əməkdar artist Gülər Nəbiyeva da Gənc Tamaşaçılar Teatrında çalışır.
Publika.az