1

Həyəcandan onun əlləri tərləyib.

Uzun müddətdir gözlənilən iPhone modellərinin ilk alıcıları həmişə diqqət mərkəzində olub.

iPhone 6 və iPhone 6 Plus-un Avstraliyada satışına start verilib.

Lakin bu ölkədə ilk alıcı ehtiyatsızlığı ilə yadda qalıb. Belə ki, Apple həvəskarı Cek yenicə aldığı smartfonunu heç mağazadan çıxmamış sındırıb.

Cek telefonunu jurnalistlərə göstərmək istəyib. Tələsik qutunu açmaq istəyəndə isə o yerə düşüb.

Jurnalistlərin sözlərinə görə, həyəcandan Cekin əlləri tərləyib. Nəticədə telefon onun əlindən sürüşüb.

Qeyd edək ki, Apple uzun zamandır gözlənilən iki yeniliyini – iPhone 6 və iPhone 6 Plus, ağıllı saat Apple Watch-ı təqdim edib. iPhone 6-nın ekran diaqonalı 4,7, iPhone 6 Plus-da isə 5,5-dir.

Anspress.com