main

“Apple” şirkətinin yeni buraxılan “İphone 6” və “İphone 6 Plus” telefonları 24 saat ərzində sifariş rekordu qırıb.

Türkiyə mətbuatının  xəbərinə görə, 1 gün içində 4 milyon nəfər bu telefondan sifariş edib. Bu rəqəm ötən il buraxılan “İphone 5”dən iki dəfə artıqdır.

Şirkətin əməkdaşı Tim Kuk açıqlamasında “Yeni modelimiz “Apple” sifarişlərində yeni rekorda imza atdı. “İphone”larımız bu həftənin cümə günündən etibarən müştərilərinə təhvil veriləcək”, deyə bildirib.