Bu gün səhər saatlarında Bakıda “AMAY” ticarət mərkəzində yanğın başlayıb.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib.
Yanğın baş verən zaman ofisdə işçilər olub. Onlar təcili tibbi yardım maşınlarında xəstəxanaya aparıblar.
“Qafqazinfo” saytının xəbərinə görə, ASAN xidmət də AMAY-da fəaliyyət göstərir və yanğın onlardan bir mərtəbə yuxarıda baş verib. ASAN xidmətdən bildirilib ki, onlara ziyan dəyməyib: “İşçilər binadan çıxarılıb və bu gün mərkəz fəaliyyət göstərməyəcək”.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüblər.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsində 4 yanğınsöndürən maşın iştirak edib.