Bu gün futbol üzrə əsas milli komandamız növbəti yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası Rusiya yığması ilə qüvvəsini sınayıb.
“Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıqq xarakteri daşıyan görüşdə millimizin yaxşı nəticə qazanması vacib idi. Ancaq millimiz bu matçda rəqibinə 0:4 hesabı ilə uduzub.
Xatırladaq ki, komandamız indiyədək Rusiya millisi ilə yoxlama oyunu keçirməsə də, rəsmi oyunlarda bir neçə dəfə qarşılaşıb. Yığmamız Fabio Kopellonun komandası ilə son dəfə ötən il oktyabrın 15-də “DÇ-2014”ün seçmə mərəhləsində Bakıda üz-üzə gəlib. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.