Son günlərdə Urmu gölü böhranını dünya ictimaiyyəti və ölkə rəhbərliyinin diqqətinə çatdırmaq üçün “Urmu gölü duz mücadiləsi” adlı Kampaniya başlayıb.
Beynəlxalq səviyyədə ALS xəstəliyinə qarşı “Bir vedrə (sətil) buzlu su mücadiləsi” adlı kampaniya ilə paralel (muvazi) keçirilən “Urmu gölü duz mücadiləsi” kampaniyası azərbaycanlılar tərəfindən rəğnətlə qarşılanıb və artıq bir çox soydaşımız həmin kampaniyaya qoşularaq başlarına bir vedrə su töküblər. Kampaniyaya qoşulanlar bir neçə yaxın dostlarını da həmin kampaniyaya qoşulmağa dəvət edirlər. Kampaniyaya qoşulan azyaşlı azərbaycanlı qız isə İran prezidenti Həsən Ruhanini bu kampaniyaya qoşulmağa çağırıb. Bu çağırış virtual aləmdə (məcazi fəzada) xüsusi marağa səbəb olub.
Gunaz.tv