Çində evlərin birində baş verən yanğın zamanı maraqlı hadisə qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, yanğın zamanı hamamda çimən gənc qadın xilas olunmaq üçün eyvanın pəncərəsinə çıxıb.
Yanğının qorxusundan qadın çılpaq şəkildə pəncərəyə dırmaşıb. Həyəcanlı olduğu üçün qadın əyninə paltar geyinməyə, yaxud, üzərini nəyləsə bağlamağı unudub.
Çılpaq şəkildə pəncərəyə dırmaşan qadını xilas etmək üçün xilasedicilər cəlb olunub. Sonda qadın yanğından xilas olunub.