Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanovanın yeni fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, “Nargis” jurnalının baş redaktoru Ülviyyə xanımın milli geyimdə olarkən çəkilən şəkilləri sosial şəbəkədə paylaşılıb. Buro 24/7 Azərbaycan versiyasının təsisçisi olan xanımın İçərişəhərdə lentə alınan şəkillərini “Facebook” səhifəsində izləyicilərinə nümayiş edib. Sözügedən fotoları təqdim edirik.
Qeyd edək ki, ötən günlərdə Ülviyyə Rəhmanova oğlu ilə birlikdə Buro 24/7 saytının Up Close & Stylish layihəsinin qəhrəmanına çevrilmişdi. Onlar birlikdə kamera qarşısına keçiblər.