“Fiorentina” və “Real” klublarının yoldaşlıq görüşündə məzəli hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, “blankoslar”ın azarkeşlərindən biri künc zərbəsi endirilən vaxt, komandasının formasında meydana daxil olur və oyunun iştrakçısı kimi özünü aparmağa başlayır.
Bu zaman oyunun hakim köməkçiləri tez “Real”ın 12-ci üzvünü görürlər və oyunu dayandırırlar.
Çətinliklə də olsa qeyri-adi azarkeş oyun meydanından uzaqlaşdırılır.