İran İslam Respublikası Şərqi Azərbaycanda „Azad iqtisadi zona“ yaradır
İranın ingilis dilində çıxan nüfuzlu qəzeti “Tehran Times” İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin “Araz Azad Ticarət və Sənaye Zonası”nda (Aras Free Trade and Industrial Zone) fəaliyyət göstərəcək xarici şirkətlər üçün torpaq sahəsi ayrılması haqqında göstəriş verib. Zonanın İranın Şərqi Azərbaycan vilayətində yerləşəcəyi bildirilir.
İranın “İRNA” agentliyi də bu məsələ barədə xəbər yayıb. “Araz Azad Ticarət və Sənaye Zonası”nın Azərbaycan, Ermənistan və Azərbaycanın blokadadakı ərazisi Naxçıvanın arasında salınması nəzərdə tutulur.
“TehranTimes” bildirir ki, “Araz Azad Ticarət və Sənaye Zonası” keçmiş SSRİ ölkələri üçün cəlbedici ola bilər. Və qeyri-neft mallarının satışı üçün burada böyük potensial var.
Prezident Həsən Ruhani maliyyə nazirinə və ölkənin Mərkəzi Bankının rəhbərinə “Araz Azad Ticarət və Sənaye Zonası”nın yaradılması üçün müvafiq addımlar atmaqla bağlı göstəriş verib. Bu Zona vasitəsi ilə ölkənin qeyri-neft məhsullarının ixracına imkan yaranacağını vurğulayıb.
Musavat.com