O, pişik balalarını ana pişiyin gözü önündə yerə çırpıb.
Türkiyədə küçənin ortasında 3 pişik balasını anasının gözü qabağında vəhşiliklə öldürüblər.
Hadisə gecə saat 03:00-da baş verib.
Belə ki, küçədə 3 pişik balası dəhşətli şəkildə öldürülüb. Səhər onların meyitini tapıblar. Sonra ərazidəki müşahidə kamerasına baxdıqda dəhşətli görüntülər aşkarlanıb.
Videodan görünüb ki, naməlum şəxs balaca pişik balalarına və onun anasına işgəncə edib. O, pişik balalarını ana pişiyin gözü qabağında yerə çırpıb. Daha sonra pişiklərin başını əzib.
Ana pişik də həmin şəxsə hücum edərək balalarını qorumaq istəyib. Lakin həmin şəxs onu da vurub.
Oxu.Az həmin dəhşətli görüntüləri təqdim edir:
Anspress.com