İsrail ordusunun Qəzzadakı məktəb binasına hücumu və nəticədə çoxsaylı insan tələfatı canlı efirdə olan BMT rəsmisini kövrəldib. “Əl-Cəzirə”nin efirində olan Kriss Ginnes canlı yayımda hönkür-hönkür ağlayaraq, İsrailin addımını pisləyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, iyulun 30-da Qəzzada qız uşaqları üçün ibtidai məktəbin bombardman edilməsi nəticəsində ən azı 17 nəfər həlak olub, daha 90 nəfər yaralanıb.