Məşhur futbolçu Kristiano Ronaldonun sevgilisi, seksual top-model İrina Şayk gözlənilməz açıqlama ilə çıxış edib.
Ailem.az-ın xəbərinə görə, Britaniyanın “Vogue” jurnalına müsahibə verən Şayk “mən rus casusuyam” deyib.
Model onu braziliyalı hesab etdiklərini və çoxlarının onun rus olduğuna inanmadıqlarını bildirib: “İnsanlar mənuim rus olduğuma inanmır. Onlar həmişə deyir ki, sən braziliyalıya oxşayırsan. Ancaq mənim atam tatardır. Tatarlar isə monqol tayfalarından gəlirlər. Mən də dərimin rəngini oradan almışam. Mən hər zaman deyirəm ki, mən rus casusuyam”.
İrina Şayk seksual braziliyalı Adriana Limayla səhv salınmasıyla da bağlı danışıb. O bildirib ki, Adriana Limaya bənzədilmək onun üçün fəxrdir: “O çox gözəl və ağıllı qadındır”.
Qeyd edək ki, İrina Şaykın əsl soyadı Şeyxulislamovadır.