Alman Azərbaycan Mədəniyyət Evininin rəhbəri,Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına Müraciəti
Hörmətli cənab prezident,
Yazıb sizə başlatdığımız çox əhəmiyyətli yeni kampaniya və yeni lahiyə ilə bağlı məlumat vermək istərdik. 03 iyul 2014-cü il tarixində Alman Azərbaycan Mədəniyyət Evinin İdarə Heyyəti olaraq vacib bir qərar qəbul etdik. Qəbul etdiyimiz qərarla yeni bir lahiyəyə başlamaq niyyətimizi sizə bildirmək və məlumat verməyi özümüzə borc hesab edirik .
Hörmətli cənab prezident ,
Biz Almaniyada fəaliyyət göstərən bir qeyri hökumət təşkilatı olaraq “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Almaniyanın Frankfurt, Köln , Düsseldorf şəhərlərində erməni terrorçuları tərəfindən həyata keçirilmiş olan Xocalı soyqrımı qurbanlarının xatirəsinə abidə ucaltmaq və onun yanında Azərbaycanımızın mədəniyyətini təbliğ edən edən abidənin qoyulması üçün razılıq alınması məqsədi ilə yerli bələdiyyələr, əyalət nazirlikləri və digər hökumət üzvləri ilə danışıqlara başladıq. Biz rəsmi dairələrə göndərdiyimiz müraciətimizdə , keçirilən görüşlərimizdə Xocalıda baş vermiş cinayətləri əks etdirən lövhənin asılması eləcə də Azərbaycan mədəniyyətini , Alman Azərbaycan dostluğunu əks etdirən abidənin ucaldılması üçün şəhər mərkəzində əlverişli yerin ayrılması məqsədi ilə icazə verilməsi üçün danışıqlar aparırıq. Artıq bununla bağlı rəsmi strukturlarla yazışmalar, danışıqlarımız başlanmışdır. Bizim bu prosesin uğurla başa çatması üçün sizin bir ölkə başçısı olaraq dəstəyinizə ehtiyacımız var.
Hörmətli cənab prezident ,
Biz bilirik ki, siz bucür lahiyələrə dəstək verir, ölkəmizin təbliğ olunmasında bu tipli mühüm lahiyələrin reallaşmasında öz dəstəyinizi əsirgəmirsiniz . Bu lahiyə ölkəmizin Almaniyada müsbət imicinin formalaşmasında eləcədə tanınmasında Almaniya Azərbaycan münasibətlərinin inkişafında, Azərbaycanın Almanlar arasında habelə Almaniyada yaşayan çoxsaylı xalqlar arasında tanınmasında öz töhfəsini verəcəyinə əminliyimizi bildirmək istərdik.
Məhz buna görə də sizə müraciət edərək bu mühüm lahiyənin reallaşması üçün sərəncamınızda olan dövlət orqanlarına göstəriş vermənizi rica edirik.
Hörmətlə : Ağa Ağayev
Alman Azərbaycan Mədəniyyət Evinin Rəhbəri
İdarə Heyyətin Katibi