Dünən 28 Cinema kinoteatrında “Oz ölkəsinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış” cigi filminin premyerası baş tutdu. Bu, ilk dəfəAzərbaycan dilində səsləndirilən 3D formatlı cizgi filmi idi.
Filmin səsləndirilməsində müğənni Tünzalə Ağayeva, şoumen Murad Dadaşov, digər tanınmış aktyorlar iştirak ediblər. Premyerada işitrakedən əməkdar artist Tünzalə Ağayeva belə bir layihədə iştirak etdiyindən çox məmnun qaldığını, gələcəkdə də uşaqlara aid təşəbbüslərə qatılacağını bildirdi.
Uşaqlar üçün maraqlı şounun təqdimatından sonra “Oz ölkəsinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış” filmi nümayiş etdirildi. Filmin ssenarisi Oz krallığına aid məşhur nağılın leytmotivləri üzərində qurulub. Bu hissədə Doroti Oz krallığına qayıdır və ölkənin boşaldığının şahidi olur. O , dostları – Qorxunc, Dəmir Odunçu və Şirin itdiyinin görür. Axtarışlar zamanı qız mərmərdə lan şahzadəyə, canlı gəmiyə və bir çox yeni qəhrəmanlarla üzləşir.