Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın öldüyü barədə xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, Özbəkistan mətbuatında yer alan xəbərlərdə bildirilir ki, artıq bir müddətdir ki, Gülnarə Kərimovanın qohumları onunla əlaqə saxlaya bilmir, Gülnarənin telefonuna zəng çatmır.
Kərimovanın oğlu deyib ki, o, anasını axırıncı dəfə Daşkənddə bu ilin yanvar ayında görüb.
Kərimovanın yaxınları şahzadənin hakimiyyət uğrunda mübarizəsinin qurbanı ola biləcəyindən narahatdır. Məsələ burasındadır ki, Böyük Britaniyada təhsil alan Gülnarə Kərimovanın qızı 15 yaşlı İmandan da xəbər yoxdur. Məktəblərdə tətil elan edilsə də İman vətənə qayıtmayıb. İman da anası kimi telefon zənglərinə cavab vermir.
Gülnarə Kərimovanın oğlu İslam Kərimov anası və bacısından xəbər ala bilmədiyinə görə çox narahat olduğunu deyib.