Türkiyədə karyerasını davam etdirən, model biznesində ölkəmizin adını zirvələrə qaldıran eyni zamanda “Best Model of the World”, “Miss Turkey”, “Miss Eurovision Beauty Contest”-in münsiflər heyətinin sədri olan Günay Musayeva yeni fotoşəkillərini paylaşıb.
ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl şəhərimizin qonağı olan Günay Musayeva sosial şəbəkədə çimərlik geyimində çəkdirdiyi köhnə fotoşəkillərini paylaşıb. Model izləyiciləri ilə bölüşdüyü şəkillərdən birində xəstələndiyini də qeyd edib.
Qeyd edək ki, azərbaycanlı model türkiyəli məşhur aktyor Tolqa Karellə evlidir.