Bu gecə Rusiya millisi futbol üzrə dünya çempionatında Əlcəzair yığması ilə qarşı həlledici oyuna çıxacaq. Ruslar iki turdan sonra cəmi 1 xal toplasalar da, növbəti mərhələyə çıxmaq şanslarını saxlayırlar. Təbii ki, Kapellonun yetirmələri qrupdan çıxmaq üçün son oyunda mütləq qələbə qazanmalıdırlar. Lakin qələbə də Rusiya millisini sevindirməyə bilər.
Rusiya millisi bu gecəki oyunda qalib gəlsə, 4 xal toplayacaq və xal sayına görə Əlcəzair millisini qabaqlayacaq. Amma ruslar qrudakı Cənubi Koreya-Belçika oyununu da izləməlidirlər. Əgər Cənubi Koreya millisi xal itirsə, Rusiya yığması qrup ikincisi olacaq və pley-off mərhələsinə çıxacaq. Koreyalılar Belçika yığmasını məğlub etsə, o zaman Cənubi Koreya və Rusiya millilərinin xalları bərabər olacaq. Beləliklə, dövriyyəyə əlavə göstəricilər girəcək. Musavat.com mümkün variantları təqdim edir:
1. Qrupdakı bütün oyunlarda vurulan və buraxılan topların fərqi. Hazırda Rusiya millisində bu fərq 1, Cənubi Koreya yığmasında isə 2-dir. Deməli, Rusiya millisi Əlcəzair yığmasını Cənubi Koreya millisi Belçika yığmasına qalib gəldiyindən daha böyük hesabla qalib gəliəlidir.
2. Rusiya və Koreya millilərində top fərqi eyni olsa, o zaman bütün oyunlarda vurulan qollar əsas götürüləcək. Rusiya millisi 1, Cənubi Koreya yığması isə 3 qol vurub.
3. Digər meyar şəxsi görüşlərdir. Bu oyun heç-heçə bitib.
4. Əgər Rusiya və Cənubi Koreya millərində bütün göstəricilər eyni olsa, o zaman hər şeyi püşkatma həll edəcək.
Musavat.com