bc1f09bec2a2

ABŞ aktyoru Silvester Stallone beşinci dəfə vyetnam veteranı Rembonu oynayacaq. 

ANS PRESS-in məlumatına görə, bu haqda filmi çəkəcək “Splendid Film” studiyası xəbər verib. Filmin ekranlara çıxışı 2015-ci ilə nəzərdə tutulub.

“Rembo-V” filmində Stallone öz ənənəvi roluna qayıdır. Bu dəfə o, Meksika narkokarteliylə mübarizə aparacaq”, – filmin istehsal hüquqlarını alan “Splendid Film”in bəyanatında deyilir.

Şirkət qeyd edir ki, Stallone filmdə, həmçinin ssenarist kimi çıxış edib.

Amerikalı aktyor, rejissor, ssenarist və prodüser Silvester Stallone döyüş filmlərində çəkildiyi öz rolları sayəsində tamaşaçıların sevgisini qazanıb.

Bunlar arasında “Rembo” və “Rokki” filmləri xüsusi yer tutur. İlk dəfə o, Con Rembo rolunu 1982-ci ildə oynadığı “Rembo-birinci qan” döyüş filmində oynayıb. Silvester Stallone həmin filmdən 8 milyon dollar qazanıb. Rembo haqqında dördüncü film 2008-ci ildə ekranlara çıxıb.