Dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.
Turnirdə 3 qarşılaşma keçirilib. H qrupunda Belçika Rusiya yığması ilə qarşılaşıb. Oyun avropalıları 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Belçika 1/8 finala yüksəlib.
Qrupun digər matçında Cənubi Koreya və Əlcəzair yığmaları üz-üzə gəlib. Oyun Afrika təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 4:2
G qrupunda isə bir oyun baş tutub. ABŞ və Potuqaliya yığmaları güclərini sınayıb. Matçda hesabı avropalılar açsa da, ABŞ millisi əzmkar oyunu ilə hesabı 2:1 öz xeyrinə dəyişə bilib. Görüşün son saniyələrində isə portuqaliyalılar bərabərlik qolunu vurmağı bacarıb.