İran prezidenti Həsən Ruhani iyulun 1-də başlayacaq müqəddəs Ramazan ayı ərzində İraqda atəşkəs elan edilməsinə və sülhün bərqərar edilməsinə çağırış edib.
Tehranda keçirilən dini konfransda çıxışında Həsən Ruhani regionda terrorçulara dəstək verən ölkələr də mesajlar verib: “Regionda terrorçulara neft pulları ilə kömək edənlərə demək istəyirəm ki, ehtiyatlı olun, sabah sizin də növbəniz çatacaq. Terrorçu qruplaşmalar sizin ölkələrinizdə də qeyri-sabitlik yaradacaq. Təəssüf ki, “İraq və Şam İslam Dövləti” qruplaşması üzərində “Allahdan başqa Allah yoxdur” ifadəsi yazılan bir bayraqdan istifadə edir, əslində isə onlar Allaha itaət etmirlər, onlar şeytana itaət edirlər” (ANS TV).
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.