ABŞ prezidenti Bara Obama ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov açıqlama verib. Onun sözlərinə görə, Putin və Obama arasında yaxın günlərdə telefon danışığı olacaq. Prezidentlər İraqda İŞİD terrorçularının fəallaşması ilə bağlı müzakirələr aparacaq.
Qeyd edək ki, Rusiya İraqda baş verən son hadisələri bu ölkənin 2003-cü ildə ABŞ tərəfindən işğal edilməsi ilə əlaqəlandirir.