Günay İbrahimlinin imtahana telefonla daxil olması ilə bağlı yayılan xəbərə Təhsil Nazirliyi də münasibət bildirib.
Təhsil Nazirliyi sözügedən hadisə ilə bağlı imtahan nəzarətçisinə ciddi xəbərdarlıq olunduğunu bildirib:
“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən verilən məlumata görə, Günay İbrahimli universitetdə “estrada sənəti” ixtisası üzrə IV kursda təhsil alır. 04.06.2014-cü il tarixdə “Mədəniyyət tarixi və nəzəriyyəsi” imtahanı zamanı G.İbrahimli mobil telefondan istifadə edərək imtahan biletinin və cavab kartının şəklini sosial şəbəkədə yerləşdirdiyi üçün tələbəyə və buna imkan verdiyinə görə imtahan nəzarətçisi-koordinator Rəşad Kazımova universitet rəhbərliyi tərəfindən ciddi xəbərdarlıq edilmişdir. Eyni zamanda bildiririk ki, G.İbrahimli “Mədəniyyət tarixi və nəzəriyyəsi” imtahanından cəmi 9 bal toplamış (minimal keçid balı 17 baldır) və bu səbəbdən yekun dövlət attestasiyasına buraxılmayıb.
Xatırladaq ki, 04.06.2014-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən imtahan zamanı tanınmış müğənni Günay İbrahimli də imtahan verib. Bu barədə müğənni sosial şəbəkədə məlumat paylaşaraq ADMİU-də “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənnindən imtahan verdiyini əks etdirən foto paylaşaraq məlumat qeyd edib. Həmin fotoda universitetin 4-cü kurs tələbəsi olan Günay İbrahimli qeyd edib ki, 04.06.2014-cü il tarixində imtahan verib. Həmin imtahanda çəkdiyi biletin fotosunu əks etdirən görüntünü, cavab vərəqəsini sosial şəbəkədə paylaşmışdı.
Mövqe.az