“O vaxtdan da fəal həyatım başladı”.
Azərbaycanlı idmançı bodibildinq üzrə Avropa çempionatında fitnes-bikini nominasiyasının iştirakçısı Marina Aydarovanın Rusiya KİV-nə verdiyi müsahibəsini diqqətinizə çatdırırıq.
“Mən həmişə idmanla məşğul olmuşam – atıcılıq (yay) və yüngül atletika ilə, amma o dövrdə Azərbaycanda idman əlverişli sahə olmadığı üçün, idmanı tərk edib işləməyə başladım”,
“Artıq 7 ildir ki, kiçik xarici şirkətdə ofisdə işləyirəm. İş tərzim oturaq olduğu üçün qərara aldım ki, fitneslə məşğul olmaq mənə mane olmaz, əksinə xeyrimə olar.
İş yerimə yaxın olan idman zalına yazıldım, bu Azərbaycan Respublikasının Fitnes və Bodibildinq Federasiyasının zalı oldu. O, vaxtdan da mənim fəal həyatım başladı – işi və idmanı uzlaşdırmalı oldum. Zaldakı atmosfer və məşqçi heyəti o qədər yüksək səviyyədə idi ki, mən özümü professional kimi yoxlamaq qərarına gəldim, bu isə nəticə verdi: 2013-cü ildə Azərbaycan Respublikası Bodibildinq və Fitnes Federasiyasının prezidentinin diqqətini çəkdim. Mənim üçün proqram yazıldı və mən inadla çalışmağa başladım. Bir müddət sonra bildim ki, Avropa çempionatına fitnes-bikini nominasiyası üzrə yarışa gedirəm. Bu, mənim üçün şok oldu. Yüksək templə hazırlıqlara başladım. Çox gözəl başa düşürdüm ki, vaxt azdır, amma çox iş görməliyəm.
Qısa müddət ərzində çox iş görülmüşdü, amma bu turnir üçün yetərli deyildi. Azərbaycan Respublikası Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyevə öz təşəkkürümü bildirmək istərdim.
Avropa çempionatı geridə qaldı, mən yarımfinala düşə bilmədim, amma bu dayanmaq üçün səbəb deyil – bu, mənim iştirak etdiyim yüksək səviyyəli ilk turnir idi, bu, məni daha yüksək nailiyyətlərə motivasiya edir.
Sonda isə bütün deyilənlərə, əlavə olaraq demək istərdim ki, hər bir qız – evdar xanım və ya ofis işçisi olmasından asılı olmayaraq əzm və xarakteri olan hər bir xanım yaşından və çəkisindən asılı olmayaraq gözəl görünə bilər.
32 yaşım var, ofis işçisiyəm, güzgüdə gördüyüm əksimi bəyənirəm, bunu bütün xanımlara arzu edirəm”.
Sportbox.az
http://s020.radikal.ru/i706/1406/6b/c4e3e796937d.jpg
http://s45.radikal.ru/i109/1406/e0/3c3038cff8b4.jpg
http://s020.radikal.ru/i711/1406/79/d40488a8dbf8.jpg
http://s019.radikal.ru/i605/1406/0c/bb7002ce583d.jpg
http://s019.radikal.ru/i629/1406/f7/e79f3fbbadcd.jpg