Bakının Yasamal rayonu ərazisində yerləşən “Göl” restoranı bir gecənin içində dağıdılıb.
Adıçəkilən restoran keçmişdə daş karxanası kimi istifadə olunan yerdə tikilib. Sonra karxananın yerində göl əmələ gəlib, sonra isə üstündə “Göl” restoranı inşa olunub. “Göl” restoranının qeyri-adiliyi onda idi ki, o, gölün üzərində tikilmişdi.
Bir müddət əvvəl restoranın gölə yaxın olan hissəsini sökmüşdülər, ancaq iki gün öncə restoranın qalan hissəsi də yerlə yeksan edilib.İki gün bundan əvvəl restoranın yuxarı hissəsində yerləşən və əlil idmançıların məşq etdiyi trenajor zalı da bir gecənin içində sökülüb.
Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən bildirilib ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb: ““Göl” restoranının ərazisi başqa bir şəxs tərəfindən alınıb. Ona görə də restoran və onun yanında yerləşən məşq zalı sökülüb. Yerində isə nəyin tikiləcəyi hələ ki, məlum deyil”.