İndoneziya liqasında oynayan futbolçulardan biri oyun zamanı aldığı zədədən dünyasını dəyişib.
İndoneziya liqasında oynayan hücumçu Akli Fayruz rəqib komandanın qapıçısı tərəfindən aldığı zərbə nəticəsində pis vəziyyətə düşüb. Dərhal xəstəxanaya çatdırılan futbolçu aldığı zərbədən daxili qanama keçirib və həkimlərin səyinə baxmayaraq həyat mübarizəsində qalib ola bilməyib, dünyasını dəyişib.
Futbolçunun ölümünə səbəb olan “Psap siql” klubunun qapıçı Persiraja zərbəsinin faciəyə yol açacağını düşünmədiyini bildirib (ANS).
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.