Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli bu gün Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak ediblər.
Müğənnilər iki saata yaxın davam edən çıxışları zamanı ən hit mahnılarını ida ediblər. Hadisəylə Mustafa Ceceli sonda Azərbaycan xalqını sürpriz ediblər. Belə ki, onlar musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Sən elə bir zirvəsən” mahnısını ifa ediblər.
Qeyd edək ki, konsert Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ulu öndər Heydər Əliyevin 91 illik ad günü və “Gül bayramı” münasibətilə təşkil olunub (azxeber.com).
Həmin kadrları təqdim edirik: