Əməkdaşımız Fərahim İlqaroğlunun döyülməsini sifariş verən və onu aprelin 25-də Siyəzən sakini Feyruz Termişiyə amansızlıqla döydürən idmançı Tural Bayramovun deputat Elton Məmmədovun daha bir oğluyla mehribancasına çəkilmiş fotoşəkli yayılıb.
Baymedia saytında yer almış şəkildə idmançı ilə yanaşı əks olunan şəxs E.Məmmədovun oğlu Elnur Məmmədovdur.
Qeyd edək ki, deputat Elton Məmmədov mətbuata açıqlama verərək, oğullarının T.Bayramovla şəkillərinin olmasının adı çəkilən işə aidiyyatı olmadığını bildirib.
Görünən isə odur ki, T.Bayramov Məmmədovların ailə dostudur.